XƏBƏR LENTİ
12 Dekabr 2019
10 Dekabr 2019
09 Dekabr 2019
06 Dekabr 2019
05 Dekabr 2019
04 Dekabr 2019
03 Dekabr 2019
02 Dekabr 2019



Ölkə çempionatına yekun vurulub
İdman 10:29 / 24.11.2019

Badminton üzrə növbəti Azərbaycan çempionatına yekun vurulub. 1 saylı İdman Liseyinin badminton zalında keçirilən ölkə çempionatında 5 kateqoriya üzrə qaliblərin adlarına aydınlıq gəlib.
Kişilərin şəxsi yarışında Edi Reski Dviçayo birinci olub. Ezmi Qovimuramadhoni və Orxan Qələndərov isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüb.
Qadın badmintonçuların şəxsi yarışında ən güclü adını Nigar Əliyeva qazanıb. Fidan Salmanova ikinci, Zülfiyyə Hüseynova isə üçüncü yeri tutub.
Kişilərin qoşa yarışında Ezmi Qovimuramadhoni-Cahid Əlhəsənov tandemi bu kateqoriya üzrə qalib olub. Kənan Rzayev-Səbuhi Hüseynov qoşası ikinci, Rəvan Niftəliyev-Aqil Qəbilov ikilisi isə üçüncü yeri bölüşüb.
Qadınların qoşa yarışında Azərbaycan çempionu adına Nigar Əliyeva-Nərmin Şərifova layiq görülüb. Mədinə Nağıyeva-Fatimə Əşrəfova gümüş, Adilə Mehdiyeva-Alla Vlasyuk isə bürünc medal qazanıb.
Qarışıq-qoşa yarışlarında Səbuhi Hüseynov-Zülfiyyə Hüseynova qələbəni bayram edib. Rəvan Niftəliyev-Nigar Əliyeva bu kateqoriya üzrə ikinci, Cahid Əlhəsənov-Anna Jeleznyak isə üçüncü yeri tutub.
Noyabrın 20-də start verilən Azərbaycan çempionatında 38 qadın və 58 kişi badmintonçu yarışıb. Bakı ilə yanaşı, Quba, Qusar, Gəncə və Lənkərandan rekord sayda - 30 badmintonçu ölkə çempionatının iştirakçısı olub.
Turnirin qalibləri Gənclər və İdman Nazirliyi və Azərbaycan Bamdinton Federasiyası tərəfində diplom, medal və pul mükafatları ilə təltif ediliblər.

444 oxunub

InvestAZ