XƏBƏR LENTİ
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025



Olimpiadanın qalibləri Vətənə qayıdıblar
İdman 14:47 / 07.11.2019


Türkiyənin Çorum şəhərində keçirilmiş on altı yaşadək şahmatçılar arasında Olimpiadanın qalibi olan təmsilçilərimiz Vətənə qayıdıblar.
Azərbaycan şahmat tarixinə daha bir şərəfli səhifə yazan gənc şahmatçılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda ailə üzvləri,ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri böyük coşqu ilə qarşılayıblar.
Olimpiadada ölkəmizi "Azərbaycan” və "Azərbaycan-Naxçıvan” komandaları təmsil edib. Vüqar Manafov, Əhməd Əhmədzadə, Məhəmməd Muradlı və Aydın Süleymanlıdan ibarət "Azərbaycan” komandası Olimpiadada 16 xal toplayaraq qızıl medallara sahib olub. İlk turlardan uğurlu çıxışı ilə yadda qalan "Azərbaycan” komandası yüksək səviyyəli oyun nümayiş etdirərək Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan, Yunanıstan və Çin komandalarını məğlub edib. Təkcə Özbəkistan və Ukrayna yığmaları ilə heç-heçə edən şahmatçılarımız liderliyi sonadək qoruyub saxlayıblar.
"Azərbaycan-Naxçıvan” komandası isə 8 xalla 29-cu yerdə qərarlaşıb. İkinci yeri 15 xalla Özbəkistan, üçüncü yeri isə 14 xalla Belarus komandaları tutublar.
Yeniyetmə şahmatçılarımızdan ibarət komandamızın qazandığı bu uğur ölkəmizdə güclü şahmatçı nəslinin yetişdiyini bir daha sübut edir. Komandamızın heyətində mübarizə aparan idmançılardan ən yüksək nəticəni Aydın Süleymanlı qazanıb. Doqquz turda yeddi xal qazanan istedadlı şahmatçı gələcəkdə daha böyük perspektivlər vəd edir.

34956 oxunub

InvestAZ