XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024



XXI Respublika Spartakiadası davam edir
İdman 17:53 / 06.11.2019

"Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların Azərbaycan Respublikasının "Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş XXI Respublika Spartakiadası davam edir.
Artıq spartakiada çərçivəsində keçirilən kəndirdartma, stolüstü tennis, daşqaldırma və üzgüçülük üzrə yarışlara yekun vurulub.
Kəndirdartma üzrə yarışlarda birinci yerə Müdafiə Sənayesi İşçiləri Hİ RK-nın komandası layiq görülüb. Metropoliten İşçiləri Hİ və Aviasiya İşçiləri Hİ RK-nın komandaları isə müvafiq olaraq, ikinci, üçüncü yerlərə sahib çıxıblar.
Stolüstü tennis yarışlarında isə Aviasiya İşçiləri Hİ RK-nın komandası birinci olub. Metropoliten İşçiləri Hİ ikinci, Müdafiə Sənayesi İşçiləri Hİ RK-nın komandası isə üçüncü olub.
Spartakiada çərçivəsində keçirilən daşqaldırma yarışlarında isə Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Hİ RK-nın komandası birinci yeri tutub. Metropoliten İşçiləri Hİ ikinci, Müdafiə Sənayesi İşçiləri Hİ RK-nın komandası isə üçüncü yerə sahib çıxıb.
Spartakiadanın üzgüçülük yarışlarında da qaliblər müəyyənləşib. Bu idman növü üzrə keçirilən yarışlarda Aviasiya İşçiləri Hİ RK-nın komandası bütün rəqiblərindən üstün olub. Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Hİ RK və Metropoliten İşçiləri Hİ komandası ilk üçlükdə yer alıblar.
Qeyd edək ki, yarışların proqramına 10 idman növü (futbol, voleybol, daşqaldırma, kəndirdartma, stolüstü tennis, üzgüçülük, dama, nərd, şahmat, güllə atıcılığı) daxildir. Qəzetimizin əvvəlki saylarında futbol və voleybol yarışlarının yekunları barəsində məlumat vermişik.
Məlumat üçün bildirək ki, spartakiadanın keçirilməsində əsas məqsəd zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi, onların bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsini təmin etmək, müəssisə və təşkilatların fəhlə və qulluqçularının asudə vaxtını səmərəli keçirməkdən ibarətdir.
XXI Respublika Spartkiadasına noyabrın 22-də yekun vurulacaq.

19751 oxunub

InvestAZ