XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024



“Judo Club 2012”nin karateçiləri Avropa çempionatında uğurla yarışıblar
İdman 17:05 / 05.11.2019


Noyabrın 1-2-də Macarıstanın Monor şəhərində vado-kai karate üzrə 47-ci Avropa çempionatı keçirilib. 16 ölkədən 600-dən çox idmançının iştirak etdiyi yarışda Azərbaycan karateçiləri də qüvvələrini sınayıblar. Çempionatda ölkəmiz 10 idmançı ilə təmsil olunub. Avropa Vado-Kai Karate-Do Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi, "Judo Club 2012”nin karate bölməsinin rəhbəri, Əməkdar məşqçi Gündüz Mahmudovun rəhbərliyi altında Macarıstana yollanan karateçilərimiz fərdi yarışlarda 7 (2 qızıl, 4 gümüş, 1 bürünc) medal qazanıblar. Karateçilərimiz komanda yarışlarında da uğurla çıxış ediblər. 16-17 yaşlı idmançıların mübarizəsində bütün rəqiblərinə qalib gələn Azərbaycan komandası birinci yeri tutub.
47-ci Avropa çempionatında medal qazanan idmançılar arasında "Judo Club 2012”nin yetirmələri də var. Çempionatda 8 idmançı ilə təmsil olunan klubun üzvləri fərdi yarışlarda 6 (2 qızıl, 3 gümüş, 1 bürünc) medala layiq görülüb. 14-15 yaşlı idmançıların mübarizəsində çıxış edən "Judo Club 2012”nin karateçisi Musa Məmmədov -63 kq çəki dərəcəsində qızıl medala sahib çıxıb. Klubun digər istedadlı yetirməsi Fərid Ağayev (-76 kq) isə 16-17 yaşlı idmançıların yarışında fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Kluba gümüş medalları 14-15 yaşlı idmançılar arasında çıxış edən Rəsul Abbasov (-57 kq), həmçinin 16-17 yaşlı idmançılar arasında yarışan Abbas Dadaşov (-68 kq) və Adil Quliyev (-76 kq) qazandırıblar. Klubun digər idmançısı Kənan Babayev (-68 kq) isə 16-17 yaşlı idmançıların mübarizəsində bürünc medala sahib olub.
"Judo Club 2012”nin yeniyetmə karateçiləri fərdi mübarizələrlə yanaşı, komanda yarışlarında da uğurla çıxış ediblər. Heyətində Kənan Babayev, Fərid Ağayev və Abbas Dadaşovun da yer aldığı komandamız 16-17 yaşınadək idmançılar arasında birinci yeri tutub.
Qeyd edək ki, Macarstana yollanan Azərbaycan yığmasının tərkibində "Judo Club 2012”nin karate bölməsi üzrə baş məşqçisi Namiq Pirverdiyev də yer alıb. Milli dərəcəli hakimimiz Vidadi Mahmudov isə 47-ci Avropa çempionatında ədaləti qoruyub.

23584 oxunub

InvestAZ