XƏBƏR LENTİ
29 Dekabr 2025
27 Dekabr 2025
26 Dekabr 2025
25 Dekabr 2025



Qrossmeysterimiz Qran-Priyə heç-heçə ilə başladı
İdman 10:45 / 06.11.2019


Hamburqda FIDE Qran-Prisinin üçüncü mərhələsinin səkkizdəbir final oyunları keçirilib.
Yarışda ölkəmizi təmsil edən Teymur Rəcəbovun rusiyalı şahmatçı Daniel Dubovla qarşılaşması heç-heçə başa çatıb. Bu gün şahmatçılar arasında ikinci qarşılaşma keçiriləcək. Qalib müəyyənləşməsə onlar "tay brek”də görüşəcəklər.
Qeyd edək ki, Hamburq Qran-Prisi Teymur Rəcəbovun dünya kuboku turnirindən sonra iştirak etdiyi ilk yarışdır. Təmsilçimiz Azərbaycanın şahmat tarixində ilk dəfə dünya kuboku turnirinin qalibi olub. O, eyni zamanda, iddiaçılar turnirində birbaşa iştirak hüququ da qazanıb.
Qran-Pri turnirləri Olimpiya sistemi (uduzan çıxır) üzrə keçirilir.


37052 oxunub

InvestAZ