XƏBƏR LENTİ
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Mövsümün sonuncu cıdır yarışı
İdman 12:01 / 31.10.2019
 Noyabrın 3-də Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə mövsümün sonuncu cıdır yarışı keçiriləcək.
Mövsümün bağlanış tədbirində ümumilikdə 6 cıdır və 5 yorğa qaçışı təşkil olunacaq. Yarış günü cıdır üzrə 40-dan artıq, yorğa atlarının qaçışı üzrə isə 50-yə yaxın atın iştirakı gözlənilir.
ARAF ölkəmizdə atçılığın əhatə dairəsinin genişləndirilməsi və qədim atçılıq ənənəsinin davam etdirilməsi üçün davamlı olaraq bu növ yarışlar təşkil edir. Federasiya paytaxt və digər regionların atçılıq idmanına olan marağını nəzərə alaraq bu cür tədbirlərdə və yarışlarda atçılıqla məşğul olan şəxslərə xüsusi şərait yaradır.
İlk dəfə olaraq Federasiyanın təşəbbüsü ilə yarışa Azərbaycanın bütün regionlarından yorğa at sahibləri dəvət olunub və onlara öz yorğa atları ilə yarışlarda iştirak etmək üçün imkan yaradılacaq.
Yarışlara marağın artırılması və idmançıların həvəsləndirilməsi məqsədilə cıdır yarışlarının mükafat fondu kimi qaliblərə ümumilikdə 24 min 500 manat mükafat verilməsi nəzərdə tutulub. Eyni zamanda, yorğa yarışlarının qaliblərinə isə medallar və diplomlar veriləcək.
Qeyd edək ki, tamaşaçılar üçün girişin sərbəst olacağı yarış saat 11:00-da başlayacaq.

27273 oxunub

InvestAZ