XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Ölümlə nəticələnən nokaut
İdman 14:02 / 17.10.2019

Amerikalı boksçu Patrik Dey 27 yaşında vəfat edib. Onun ölümünə Çikaqoda boks yarışında Çarlz Konvellə döyüş zamanı aldığı kəllə-beyin xəsarəti səbəb olub. Faciə ilə nəticələnən döyüş oktyabrın 13-də ukraynalı Aleksandr Usik və amerikalı Çazz Uizerspun arasında əsas qarşılaşma öncəsi keçirilib. Patrik Dey dördüncü və səkkizinci raundlarda nokdaun, onuncu raundda isə nokaut vəziyyətinə düşüb. Hakim dərhal rinqə həkimləri çağırıb və boksçu huşsuz vəziyyətdə xəstəxanaya aparılıb. O, əməliyyatdan sonra komaya düşüb və bir daha özünə gəlməyib.
Patrik Dey keçirdiyi 22 döyüşdən 17-də qələbə qazanmış (16 nokautla), dörd dəfə məğlub olmuş və bir heç-heçə etmişdi.
Qeyd edək ki, bu ilin iyul ayında eyni zamanda iki boksçu döyüş zamanı aldıqları xəsarət nəticəsində ölüb. Əvvəlcə rusiyalı idmançı Maksim Dadaşov, sonra isə ingilis idmançısı Uqo Santilyan analoji səbəbdən həyatını itirib.

28458 oxunub

InvestAZ