XƏBƏR LENTİ
03 Dekabr 2025
02 Dekabr 2025
01 Dekabr 2025
30 Noyabr 2025
29 Noyabr 2025
28 Noyabr 2025



Komandamız Avropa çempionatında iştirak edəcək
İdman 18:09 / 08.10.2019


Oktyabrın 11-dən 15-dək Hollandiyanın Haaqa şəhərində pencak-silat döyüş növü üzrə açıq Avropa çempionatı keçiriləcək. Çempionatda Azərbaycanı 11 idmançı təmsil edəcək. Böyüklərin mübarizəsində Abdulla Abdullazadə, Avropa çempionu Elxan Cəfərov, qitə birinciliyinin qalibi və dünya çempionatının gümüş medalçısı Rəsul Hümbətli, dünya kubokunun gümüş mükafatçısı Bəxtiyar Həmidov, Avropa çempionu Seymur Xəlilov, Rumiyə Vəliyeva və Lalə Mikayılova medallar uğrunda yarışacaqlar. Gənclərin yarışında isə Xalid Əfəndiyev, Rəvan Abdullazadə, Cavidan Abdullazadə və üçqat Azərbaycan çempionu Fidan Əlizadə birincilik uğrunda mübarizə aparacaqlar.
Milli komandamız yarışda baş məşqçi Abbas Hümbətovun rəhbərliyi altında mübarizə aparacaq.

38943 oxunub

InvestAZ