XƏBƏR LENTİ
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Boksçularımız dünya çempionatının səkkizdəbir final mərhələsinə vəsiqə qazanıblar
İdman 11:36 / 16.09.2019

Sentyabrın 15-də Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir.
Mundialın yeddinci günündə Azərbaycan millisinin 3 boksçusu qüvvəsini sınayıb. Onlardan ikisi mərhələ adlayıb, digəri isə yarışla vidalaşıb. Çempionatda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Tayfur Əliyev türkmənistanlı Yazmurat Qurbanovu, 81 kiloqram çəki dərəcəsində çıxış edən Alfonso Dominqes İspaniya təmsilçisi Qazimaqomed Calidovu məğlub edərək səkkizdəbir final mərhələsinə yüksəlib. İsmayıl Yaqubov (91 kiloqram) isə Ukrayna təmsilçisi Marat Qriqoryanı üstələyə bilməyib.
Səkkizdəbir finalda T.Əliyevin rəqibi ingiltərəli Peter Makqraillə, A.Dominqes isə avstriyalı Umar Cambekovla qarşılaşacaq. Hər iki görüş sentyabrın 17-də olacaq.
Qeyd edək ki, ötən gün Məsud Yusifzadə (52 kiloqram) də 1/8 finala yüksəlib.
Dünya çempionatında yarışlar yeni qaydalara əsasən 8 çəki dərəcəsində təşkil olunur. Yekaterinburqdakı "EXPO Arena”da baş tutan yarışda təsnifat mərhələsinin qarşılaşmaları sentyabrın 17-dək davam edəcək. Ayın 18-də boksçular dörddəbir final mərhələsində yarışacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblər ayın 21-də müəyyənləşəcək.

27345 oxunub

InvestAZ