XƏBƏR LENTİ
17 Sentiyabr 2019
16 Sentiyabr 2019
13 Sentiyabr 2019
17:37
12 Sentiyabr 2019
11 Sentiyabr 2019
10 Sentiyabr 2019



Şahmatçılarımız cavab görüşləri keçirəcək
İdman 14:23 / 11.09.2019

Sentyabrın 11-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kubokunun 1/64 final mərhələsinin cavab partiyaları oynanılacaq.
Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov madaqaskarlı Antenaina Rakotomaharo, Teymur Rəcəbov Farer Adaları təmsilçisi Helgi Ziska, Eltac Səfərli ABŞ şahmatçısı Samuel Şankland, Arkadi Naydiç almaniyalı Niklas Huşenbet, Nicat Abasov isə Polşa təmsilçisi Perun Kasper ilə cavab qarşılaşmaları keçirəcək. Birinci turda Ş.Məmmədyarov və T.Rəcəbov qələbə qazanıblar. E.Səfərli, N.Abasov heç-heçə ediblər, A.Naydiç isə məğlub olub.
Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.
FİDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.
Dünya kubokunun yarışları sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.

284 oxunub

InvestAZ