XƏBƏR LENTİ
27 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Şarl Lekler İtaliya Qran-Prisinin qalibi olub
İdman 14:32 / 09.09.2019

Sentyabrın 8-də "Ferrari”nin monakolu pilotu Şarl Lekler Formula 1 üzrə İtaliya Qran-Prisinin qalibi olub. Uzunluğu 5793 metr olan Montsa avtodromunda təşkil olunan mövsümün 14-cü yarışında pilotlar 53 dövrə vurublar. Bütün rəqiblərini qabaqlayan Ş.Lekler İtaliya Qran-Prisində birinci olub və karyerasında ardıcıl ikinci qələbəsini qazanıb. "Mercedes”in finlandiyalı pilotu Valtteri Bottas yarışı ikinci, britaniyalı Luis Hamilton isə üçüncü pillədə başa vurublar.
Pilotların cədvəlinə 284 xalla L.Hamilton başçılıq edir. V.Bottas 221xalla ikinci, Maks Ferstappen ("Red Bull Racing”) isə 185 xalla üçüncüdür.
Konstruktorlar kubokunda "Mercedes” 505 xalla birinci yerdədir. Hesabında 351 xal olan "Ferrari” ikinci, "Red Bull Racing” 266 xalla üçüncü pillədə qərarlaşıb.
Növbəti yarış iki həftə sonra Sinqapurda keçiriləcək.

34524 oxunub

InvestAZ