XƏBƏR LENTİ
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025



“Formula 1 mərhələsi bizdə qalacaq”
İdman 18:09 / 20.08.2019

San-Paulu qubernatoru Joau Doria bildirib ki, Formula 1 mərhələsi gələcəkdə də bu şəhərdə keçiriləcək. Hazırda Kral yürüşlərinin bu mərhələsi ilə bağlı kontrakt hələ imzalanmamış qalır. Bundan əvvəl isə Braziliya Prezidenti Rio-de-Janeyroda yeni trasın tikiləcəyi barədə bəyanat verib. Formula 1 mərhələsinin gələcəkdə məhz bu şəhərdə keçiriləcəyi ehtimal olunur.
Joau Doria deyib: "Biz "Liberty Media” ilə danışıqlar aparırıq. İstəyirik ki, Formula 1 gələcəkdə də bizim şəhərdə qalsın. Əminəm ki, yarışlar yaxın illərdə də burada keçiriləcək. Rio-de-Janeyro rəsmiləri yarışların məhz orada keçirilməsini arzulayır, amma Formula 1 mərhələsi bizdə qalacaq və biz onu əlimizdən almağa imkan vermərik”.
Formula 1 mərhələsi San-Paulu şəhərində 1991-ci ildən bəri keçirilir.

28741 oxunub

InvestAZ