XƏBƏR LENTİ
20 Dekabr 2025
19 Dekabr 2025
18 Dekabr 2025
17 Dekabr 2025
16 Dekabr 2025



Bakıda yeni güləş mərkəzi istifadəyə verilib
İdman 00:35 / 20.12.2025

Azərbaycan Güləş Federasiyasının dəstəyilə yeni güləş zalı istifadəyə verilib.

Mərasimdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Fərid Mansurov,gənclər və idman naziri Fərid Qayıbov, həmçinin Azərbaycan Güləş Federasiyasının rəhbərliyi və digər rəsmilər iştirak ediblər.

Yunan-Roma güləşi üzrə dünya üçüncüsü, Avropa ikincisi Taleh Məmmədovun nəzarəti altında fəaliyyət göstərən güləş zalı Zabrat qəsəbəsində yerləşir.

Bütün zəruri idman avadanlıqları ilə təmin edilmiş, 2 güləş xalçasının yer aldığı, yüksək səviyyəli tərtibatla hazırlanmış, standartlara tam cavab verən güləş zalı eyni vaxtda 50-60 yeniyetmə və gəncin bu idman növü ilə məşğul olmasına imkan verir.

Bakıətrafı kənd və qəsəbələrdə sıx yaşayışın olması bu zalın strateji önəmini artırır. Yunan-Roma güləşi üzrə fəaliyyət göstərəcək güləş mərkəzi bu sahədə kütləviliyə təkan verəcək.

Qeyd edək ki, Güləş Federasiyası mütəmadi olaraq, ölkə ərazisində güləş zallarının fəaliyyətə başlamasında yaxından iştirak edir və infrastrukturun yaxşılaşdırılması istiqamətində silsilə tədbirlər bundan sonra da davam etdiriləcək. fəaliyyətə başlamasında yaxından iştirak edir və infrastrukturun yaxşılaşdırılması istiqamətində silsilə tədbirlər bundan sonra da davam etdiriləcək.



324 oxunub

InvestAZ