XƏBƏR LENTİ
20 Mart 2026
19 Mart 2026
16:36
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Azərbaycan birinciliyində ilk yariş gününün qlaibləri müəyyənləşdi
İdman 23:32 / 18.12.2025
Bu gün Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə 17 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilib. 
Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan yarışın ilk günündə 177 cüdoçu 6 çəki dərəcəsində tatami üzərinə çıxıb. İlk yarış günündə qızlar arasında Sofiya Bıkova (-40 kq, ACF), Tövsiyyə Babayeva (-52 kq, Qəbələ Bakı) və Fidan Cəlilli (-70 kq, RKİM) fəxri kürsünün birinci pilləsinə yüksəlib. Oğlanların yarışında isə Nihad Ağayev (-50 kq, Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM), Elgün Ələkbərov (-66 kq, FHN İSK) və Nurəddin Əliyev (-90 kq, Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ) üçüncü yeri tutub. Qeyd edək ki, dörd gün davam edəcək ölkə birinciliyinə 89 klub və idman cəmiyyətindən 495 cüdoçu mübarizə aparır.

5220 oxunub

InvestAZ