XƏBƏR LENTİ
19 Dekabr 2025
18 Dekabr 2025
17 Dekabr 2025
16 Dekabr 2025
15 Dekabr 2025



Vilayət Eyvazov yenidən Azərbaycan Atıcılıq Federasiyasının prezidneti seçildi
İdman 19:58 / 18.12.2025
Dekabrın 18-də Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Atıcılıq Federasiyasının ümumi yığıncağı keçirilib. 
Tədbirdə Milli Olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Atıcılıq Federasiyasının prezidenti Vilayət Eyvazov, vitse-prezidenti Zemfira Meftaxetdinova, baş katibi Emin Cəfərov və digər rəsmi şəxslər iştirak ediblər. 
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.
İclasın gündəliyi təsdiqləndikdən sonra federasiyanın baş katibi Emin Cəfərov 2022–2025-ci illər ərzində Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti, keçirilən yarışlar, əldə olunan nəticələr barədə hesabat verib. Hesabatda vurğulanıb ki, beynəlxalq yarışlarda iştirak etmək üçün ümumilikdə 66 idmançı cəlb edilib, onlardan 27-si müxtəlif əyarlı medallar qazanması göstəriciləri 80 faiz artırıb. Güllə və stend atıcılığı növü üzrə idmançılar beynəlxalq yarışlarda 21 qızıl, 33 gümüş, 31 bürünc olmaqla 85 medal əldə ediblər. Milli komandanın üzvü Nigar Nəsirova 2025-ci il Dünya Çempionatında 50 metr məsafəyə tapançadan güllə atıcılığı üzrə dünya rekordunu yeniləyib.
Daha sonra Azərbaycan Atıcılıq Federasiyasının Nizamnaməsi səsvermə yolu ilə yeni redaksiyada qəbul olunub. Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. 
Səsvermənin nəticələrinə əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov növbəti 4 il müddətinə yenidən Azərbaycan Atıcılıq Federasiyasının prezidenti seçilib. İsmət Əliyev, Zemfira Meftaxetdinova, Tofiq Bəylərov vitse-prezident, Tamirlan Hacıyev, Aynur Cəfərova və Nigar Nəsirova İdarə Heyətinin üzvü seçiliblər.
Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yeni seçilən heyətə uğurlar arzulayıb. 
Sonda federasiya prezidenti Vilayət Eyvazov çıxış edib, göstərilən etimada görə təşəkkürünü bildirib və federasiyanın qarşıdakı fəaliyyət planları barədə danışıb.

544 oxunub

InvestAZ