XƏBƏR LENTİ
21 Yanvar 2020
20 Yanvar 2020
19 Yanvar 2020
16 Yanvar 2020
15 Yanvar 2020
14 Yanvar 2020
13 Yanvar 2020
10 Yanvar 2020



Güləşçilərimiz Gürcüstanda yarışacaqlar
İdman 18:01 / 06.08.2019

Avqustun 7-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri" turniri keçiriləcək. Yarışda ölkəmizi hər iki yığmamızın üzvləri təmsil edəcək. Sərbəst güləşçilərin yarışında məşqçilər Arif Abdullayev və Sadruddin
Ayqubovun rəhbərliyi altında Georgi Edişeraşvili, Şahin Muxtarov (hər ikisi 57 kq), Mircəlal Həsənzadə, Pərviz İbrahimov, Ruslan Qasımov, Əhmədnəbi Qvarzatilov (hamısı 61 kq), Gitinoməhəmməd Hacıyev, Davud İbrahimov (hər ikisi 70 kq), Toğrul Əsgərov, İsmayıl Abdullayev (hər ikisi 74 kq), İbrahim Yusubov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) mübarizə aparacaq. Yunan-Roma güləşçilərimiz böyük məşqçi Rövşən Bayramovla məşqçi Turac Hüseynlinin rəhbərliyi altında uğur qazanmağa çalışacaq. Heyətdə Taleh Məmmədov (60 kq), Murad Məmmədov, Elman Muxtarov (hər ikisi 63 kq), Kamran Məmmədov (67 kq), İslambek Dadov (72 kq), Həsən Əliyev (77 kq), Elvin Mürsəliyev, Rafiq Hüseynov (hər ikisi 82 kq), Orxan Nuriyev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıb. Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Həbib Nurulu "Qran-pri"də ədaləti qoruyacaq.

2454 oxunub

InvestAZ