XƏBƏR LENTİ
23 Oktyabr 2025
22 Oktyabr 2025
21 Oktyabr 2025
20 Oktyabr 2025
19 Oktyabr 2025



Daha 3 boksçumuz Avropa çempionatının növbəti mərhələsində
İdman 14:53 / 23.10.2025
Azərbaycanın daha 3 boksçusu Monteneqronun Budva şəhərində təşkil olunan U-15 Avropa çempionatında mərhələ adlayıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın beşinci günündə Elcan Musazadə (50 kq) 1/4 finalda Tobais Viçeniklə (Çexiya) qarşılaşıb.

Təmsilçimiz ardıcıl üçüncü görüşündən də qalib ayrılıb – 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27). O, yarımfinalda Şeyn Kitlə (İngiltərə) üz-üzə gələcək.

Yusif Ağakişiyev (75 kq) də 1/4 final döyüşünü xeyrinə bitirib. Ona Giorge Bratunu (Rumıniya) məğlub etməyə cəmi 45 saniyə kifayət edib. Tam üstünlüklə qələbə qazanan Ağakişiyev yarımfinalda Oleksandr Tomiçlə (Ukrayna) qarşılaşacaq.

Mehran Rəsulov (80 kq) isə 1/4 finalda Giorgi Quledanini (Gürcüstan) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, növbəti görüşdə Valeri Todorovla (Bolqarıstan) gücünü yoxlayacaq.

Hər 3 milli üzvü yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı təmin ediblər. Onlardan öncə 2 oğlan və 2 qız boksçumuz da bu hüquqa yiyələnib.

Avropa çempionatında 1/4 final döyüşləri bu gün də davam edəcək.

Qeyd edək ki, 32 ölkədən 369 idmançının qatıldığı yarışa oktyabrın 25-də yekun vurulacaq. Qız idmançılarda oktyabrın 23-də, oğlanlarda 24-də yarımfinal görüşləri baş tutacaq.

377 oxunub

InvestAZ