XƏBƏR LENTİ
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026



MPK və Azərbaycan Üzgüçülük Federasiyası arasında memorandum imzalanıb
İdman 12:33 / 21.10.2025
Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Üzgüçülük Federasiyası (ASF) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Milli Paralimpiya Komit'sinin mətbuat xidmətindən verilən məlumata görə, istinadən xəbər verir ki, hər iki qurum rəsmiləri arasında geniş tərkibdə görüş keçirilib.

Tərəflər arasında paraüzgüçülüyün inkişafı, idmançılar üçün yaradılan şərait, beynəlxalq yarışlara hazırlıq və inklüziv idmanın təşviqi istiqamətində gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Memoranduma əsasən, hər iki qurum ölkədə paraüzgüçülüyün inkişafı, fiziki məhdudiyyətli şəxslərin üzgüçülüyə cəlb edilməsi, birgə layihələrin, o cümlədən maarifləndirici təşəbbüslərin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, memorandumu MPK-nın baş katibi Toğrul Rəhimov və ASF-nin baş katibi Oqtay Atayev imzalayıblar.

10092 oxunub

InvestAZ