XƏBƏR LENTİ
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025



Çempionlar Liqası: Bu gün Liqa mərhələsində daha 9 oyun keçiriləcək
İdman 12:28 / 22.10.2025
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində III turun daha 9 oyunu keçiriləcək.
Günün iki qarşılaşması Bakı vaxtı ilə saat 20:45-də, digər 7 oyunu isə 23:00-da start götürəcək. Azərbaycanın qitənin ən nüfuzlu klub turnirindəki yeganə təmsilçisi "Qarabağ” İspaniyada "Ateltik”in qonağı olacaq. Eyni saatda Türkiyənin "Qalatasaray" klubu Norveç təmsilçisi "Budyo Qlimt"lə üz-üzə gələcək. "Qarabağ"ın rəqiblərindən "Çelsi"Londonda "Ayaks"la üz-üzə gələcək. Ağdam təmsilçisinin digər rəqibi "Liverpul" isə Almaniya səfərində "Ayntraxt"ın qonağı olacaq. İspaniyanın "Real" klubu "Satyaqo Bernabeu”da "Yuventus"u, "Atalanta" isə İtaliyada Çexiyanın "Slaviya" komandasını qəbul edəcək. "Sportinq" Portuqaliyada Fransanın "Marsel" komandası ilə, "Monako" (Fransa) isə "Tottenhem"lə (İngiltərə) üz-üzə gələcək. Almaniyanın "Bavariya" klubu isə Münhendə Belçika "Brügge"sini qonaq edəcək.


4974 oxunub

InvestAZ