XƏBƏR LENTİ
16 Oktyabr 2025
15 Oktyabr 2025
14 Oktyabr 2025
13 Oktyabr 2025
10 Oktyabr 2025



BOK-un təhlükəsiz idman üzrə eksperti Lüsi Troşet Milli Gimnastika Arenasında olub
İdman 14:36 / 16.10.2025
Oktyabrın 16-da Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə III Təhlükəsiz İdman Forumu çərçivəsində ölkəmizə gələn Beynəlxalq Olimpiya Komitəsinin təhlükəsiz idman üzrə eksperti Lüsi Troşet Milli Gimnastika Arenasında olub.
Olimpiyadunyasi.com xəbər verir ki, tədbirdə Azərbaycan Gimnastika Federasiyasının tibb və təhlükəsizlik üzrə meneceri Namiq Bədirxanov, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov, MOK-un idman şöbəsinin baş məsləhətçisi, təhlükəsiz idman üzrə beynəlxalq inspektor Vaqif Əliyev, MOK-un Təhlükəsiz idman üzrə işçi qrupunun üzvü Elxan Səmədzadə, təhlükəsiz idman üzrə məsləhətçi Ayan Xankişiyeva və federasiyaların nümayəndələri iştirak ediblər.

Görüş zamanı qonağa arenanın infrastrukturu ilə bağlı məlumat verilib və təhlükəsiz idman çərçivəsində görülən işlər barədə söhbətlər aparılıb.

465 oxunub

InvestAZ