XƏBƏR LENTİ
14 Oktyabr 2025
13 Oktyabr 2025
10 Oktyabr 2025
09 Oktyabr 2025
08 Oktyabr 2025
07 Oktyabr 2025
06 Oktyabr 2025



DÇ-2026: Millimiz Ukrayna komandasına minimal hesabla məğlub oldu
İdman 00:55 / 14.10.2025

Futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. D qrupunda yer alan komandamız Ukrayna millisi ilə qarşılaşıb. PolşadanınKrakov şəhərindəkiYuzef Pilsudski stadionundakeçirilən matç rəqib komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb -2:1. Matçda hesab 30-cu dəqiqədə açılıb. Ukraynalıların heyətində Aleksey Quçulyak fərqlənib.Lakin millimiz ilk yarıya bərabərliklə yollanmağı bacarıb.45+3-cü dəqiqədə Ukrayna millisinin futbolçusu Vitali Mikolenko topu öz qapısına göndərib. Matçın ikinci hissəsində Andrey Şevçenkonun komandası təşəbbüsü ələ alıb. Bunun nəticəsi olaraqRuslan Malinovski 64-cü dəqiqədə Ukrayna yığmasına qələbə qazandıran qolu vurub. Beləliklə,millimizdörd turdan sonrabir xalla sonuncu - beşinci pillədə qərarlaşıb. Ukrayna millisi isə 7 xalla ikincidir. D qrupuna 10 xalla Fransa komandası başçılıq edir.


404 oxunub

InvestAZ