XƏBƏR LENTİ
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025



"Aşağıda döşək olmayanda yüksəklikdən çox qorxuram"
İdman 22:27 / 07.10.2025
Şüvüllə tullanma üzrə isveçli ikiqat Olimpiya və üçqat dünya çempionu Armand Duplantis yarışdan kənarda hündürlükdən qorxduğunu etiraf edib. Belə ki, o anasının doğulduğu İsveçin Avesta şəhərində hündürlüyü 6,30 metr olan lövhə ucaldılıb. Bu hündürlük Duplantisin hazırkı dünya rekordunu özündə əks etdirir. Dünya çempionatındakı qələbəsindən sonra o, şəhəri ziyarət edib və qaldırıcı krandan istifadə edərək həmin yüksəkliyə qalxıb.
"Elə bilirsiniz mən idmandan kənarda da hündürlüyə can ataram? Xeyr, aşağıda döşək olmayanda yüksəklikdən çox qorxuram", - deyə "Sweden Herald" Duplantisin sözlərini sitat gətirib.
Məlumat üçün bildirək ki, 2025-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında Duplantis karyerasında 14-cü dəfə dünya rekordunu yeniləyib.

4065 oxunub

InvestAZ