III MDB Oyunları çərçivəsində oğlan boksçular arasında final görüşləri davam edir.
Olimpnews.az xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində keçirilən final mərhələsində daha iki boksçumuz qızıl medala layiq görülüb. Təmsilçilərimizdən Əli Abaslı (52 kq) qazaxıstanlıEdiqe Nurqoja üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb. Digər qızıl medalı isə komandamızın aktivinəŞahin Aslanov (60 kq) yazdırıb. O, həlledici görüşdə Özbəkistan boksçusuOtabek Nurmahamadovdan güclü olub.
Xatırladaq ki, daha əvvəl Qardaş Rəhimov (46 kq) vəƏli Əliyev (48 kq) komandamıza qızıl medal qazandırıblar.