XƏBƏR LENTİ
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025
11 Noyabr 2025
10 Noyabr 2025



Cüdoçularımız III MDB Oyunlarının fərdi yarışlarını 21 medalla başa vurdular
İdman 20:16 / 04.10.2025
Cüdoçularımız III MDB Oyunlarının fərdi yarışlarını 21 medalla başa vurdular
Bu gün III MDB Oyunları çərçivəsində U-17 yaş kateqoriyasında keçirilən cüdo üzrə fərdi yarışlara yekun vurulub. 
Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda 16 çəki dərəcəsi üzrə 28 idmançımız tatami üzərinə çıxıb. Komandamız yarışları 21 (5 qızıl, 7 gümüş və 9 bürünc medalla başa vurub. Qızıl medallara Gülşən Hüseynova (-44 kq), Könül Eyvazlı (-48 kq), Nərmin Ağamirzəzadə (-52 kq), Zeyd Ələsgərov (-60 kq), Fəxri Sahibzadə (-66 kq) layiq görülüb. Sunay Salamova (-40 kq), Nəzakət Vəliyeva (-57 kq), Məhəmmədəli Hüsüyev (-55 kq), Röyal Qayıbov (-60 kq), Hüseyn Hüseynov (-60 kq), Məhəmməd Ağakişiyev (-81 kq) və Sübhan Axundov (+90 kq) gümüş medallara sahib çıxıb. Bürünc medalları isə komandamızın aktivinə Xədicə Abdullayeva (-44 kq), Aysun Məmmədova (-52 kq), Fidan Cəlilli (-70 kq), Zemfira Əliyeva (+70 kq), Anar Quliyev (-50 kq), İbrahim Talıbov (-55 kq), Sadiq Məmmədov (-73 kq), Nurəddin Əliyev (-90 kq) və Tunar Fərzəliyev (+90 kq) yazdırıb. Komandamız bu nəticə ilə ümumi komanda hesabında ikinci, qızların yarışında isə birinci yeri tutub. Qeyd edək ki, cüdo yarışlarında 6 ölkəni təmsil edən 22 klubdan 91 (50 oğlan, 41 qız) cüdoçu mübarizə aparıb.  
Cüdo yarışlarına sabah qarışıq komanda yarışları ilə yekun vurulacaq. 

3963 oxunub

InvestAZ