XƏBƏR LENTİ
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025
11 Noyabr 2025
10 Noyabr 2025



MOK-un əməkdaşı vəfat edib
İdman 10:40 / 08.10.2025
Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov vəfat edib.

Olimpiyadunyasi.com xəbər verir ki, o, bu gün səhər saatlarında uzun sürən xərçəng xəstəliyindən sonra 52 yaşında dünyasını dəyişib.
Mərhumun dəfn mərasimi Oktyabr 8-də Yasamal qəbristanlığında olacaq. 

Mehman Kərimov Milli Olimpiya Komitəsinin beynəlxalq proqramlar idarəsinin müdiri kimi ölkəmizin Olimpiya Hərəkatının inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsində fəal sürətdə iştirak edib.

O, müxtəlif beynəlxalq yarışlarda missya rəhbəri, Milli Paralimpiya Komitəsinin İdarə Heyətinin, MOK-un bir sıra komissiyalarının üzvü kimi fəaliyyət göstərib.

Allah rəhmət eləsin!

4377 oxunub

InvestAZ