XƏBƏR LENTİ
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025
11 Noyabr 2025
10 Noyabr 2025



Daha bir cüdoçumuz III MDB Oyunlarında qızıl medal qazandı
İdman 18:00 / 04.10.2025
Göygöl Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində keçirilən cüdo yarışlarının final mərhələsi davam edir. 
Azərbaycan komandası daha bir qızıl medalını qazanıb. 60 kq çəki dərəcəsində keçirilən final qarşılaşmasında iki Azərbaycan cüdoçusu Zeyd Ələsgərov və Röyal Qayıbov üz-üzə gəlib. Komanda yoldaşına ipponla qalib gələn Zeyd Ələsgərov III MDB Oyunlarının cüdo yarışlarında qızıl medala layiq görülüb. Röyal Qayıbov isə gümüş medalla kifayətlənib. 
Qeyd edək ki, daha əvvəl Gülşən Hüseynova (44 kq) qızıl, Sunay Salamova (-40 kq) və Məhəmmədəli Hüsüyev (-55 kq) gümüş, Xədicə Abdullayeva -44 kq), Anar Quliyev (-50 kq), İbrahim Talıbov (-55 kq), Fidan Cəlilli (-70 kq) və Zemfira Əliyeva (+70 kq) isə bürünc medal qazanıblar. 


3327 oxunub

InvestAZ