XƏBƏR LENTİ
10 Oktyabr 2025
09 Oktyabr 2025
08 Oktyabr 2025
07 Oktyabr 2025
06 Oktyabr 2025
05 Oktyabr 2025



"Sevilya" 10 il sonra "Barselona"ya qalib gəldi
İdman 23:33 / 05.10.2025

İspaniya La Liqasında yeddinci turun daha bir oyunu keçirilib.

Lider "Barselona" bu tur "Sevilya"nın qonağı olub. Roman Sançes Psixuan stadionunda keçirilən oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb -4:1.

Əndəlüslərin heyətindəAleksis Sançez (13, p),İsaak Romero(37), Joze Karmona (90) və Akor Adams (90+6) fərqlənib. Kataloniyalıların yeganə təsəlli qolunun müəllifi isə45+7-ci dəqiqədə fərqlənənMarkus Raşford olub. Matçın 76-cı dəqiqəsində isə "Barselona"nın hücumçusu Robert Levandovski penalti zərbəsindən yararlana bilməyib. Beləliklə, 10 il sonra kataloniyalılara qalib gələn "Sevilya" klubu 13 xalla altıncı pillədə qərarlaşıb. Hans-Diter Flikin komandası isə 19 xalla ikinci pilləyə enib.


1111 oxunub

InvestAZ