III MDB Oyunları çərçivəsində keçirilən yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub. Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışda Azərbaycan pəhləvanları 6 medal qazanıblar. KOmandamızın üzvlərindənElşad Abbasov (51 kq), Əli Nəzərov (60 kq) və İslam Sultanov (71 kq) qızıl medallara layiq görülüb. Ölkəmizin aktivinəgümüş medallarıYusif Mirzəyev (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) yazdırıb. Hikmət Haqverdiyev isə 55 kqçəki dərəcəsindəbürünc medalasahib çıxıb.