XƏBƏR LENTİ
10 Oktyabr 2025
09 Oktyabr 2025
08 Oktyabr 2025
07 Oktyabr 2025
06 Oktyabr 2025
05 Oktyabr 2025



Dünya çempionatında uğurlu nəticə
İdman 17:37 / 06.10.2025
Azərbaycan idmançıları ənənəvi karate üzrə dünya çempionatında 5 medal qazanıblar.

Yaponiyanın paytaxtı Tokioda baş tutan yarışda qurumun ənənəvi karate üslubları birliyinin sədri Əhməd Əfəndinin rəhbərliyi altında yeddi idmançı mübarizə aparıb.

15 yaşadək kadetlər arasında Ayxan Şabanzadə üçüncü olub. Gənclərdən Salman Salmanov (kata) qızıl mükafata sahib çıxıb.

Böyüklərdən İmran Quluzadə (74 kq) gümüş, Mehman Eynalov (+75 kq) bürünc medal qazanıb.

Komanda kumite yarışında Fuad Əliyev, Elbrus Abdullayev, İmran Quluzadə, Mehman Eynalov ibarət kollektiv bürünc mükafata yiyələnib.

939 oxunub

InvestAZ