XƏBƏR LENTİ
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025
11 Noyabr 2025
10 Noyabr 2025



"18 Oktyabr–Müstəqilliyin Bərpası Günü”  münasibətilə güləş turniri keçirilib
İdman 23:30 / 07.10.2025

Ötən həftə cənub bölgəsinin yadda qalan idman tədbirlərindən biri də Masallıda keçirilən "18 Oktyabr–Müstəqilliyin Bərpası Günü” münasibətilə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə rayon Uşaq Gənclər İdman Məktəbinin turniri olub. Masallının Ərkivan qəsəbə Mədəniyyət Mərkəzində keçirilən turnirdə 10 çəki dərəcəsi üzrə 42 nəfər idmançı iştirak edib.

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə təşkil olunan turnirin əsas məqsədi yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması, həmçinin rayon üzrə istedadlı idmançıların aşkar olunması və onların gələcəkdə daha yüksək səviyyəli yarışlara hazırlanması olub.

Həmçinin turnirin qalib idmançıları Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallara layiq görülüblər.


4393 oxunub

InvestAZ