XƏBƏR LENTİ
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025



DÇ-2026: Bu gün Avropa zonası üzrə daha 8 oyun keçiriləcək
İdman 11:55 / 14.10.2025
Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsinin oyunları davam edir. Bu gün Avropa zonası üzrə E, F, İ və K qrupları üzrə daha 8 oyun keçiriləcək. Günün ilk oyunu İ qrupunda yer alan Estoniya və Moldova komandaları arasında olacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. Günün digər qarşılaşmaları isə Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. E qrupunda İspaniya komandası Bolqarıstanı, Türkiyə yığması isə Gürcüstanı sınağa çəkəcək. Millətlər Liqasının son qalibi Portuqaliya F qrupunda Macarıstanı, İrlandiya yığması isə Ermənistanı qonaq edəcək. İ qrupunda İtaliya millisi Estoniya ilə qarşılaşacaq. K qrupunda isə Latviya İngiltərə ilə, Andorra isə Serbiya millisi ilə üz-üzə gələcək.

4673 oxunub

InvestAZ