XƏBƏR LENTİ
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025



Murad Fətiyev Qran-Pri turnirində gümüş medal qazandı
İdman 10:00 / 14.10.2025

Perunun paytaxtı Limada keçirilən cüdo üzrə Qran-Pri turnirinə yekun vurulub.

Yarışların son günündə milli komandamızın heyətində yer alan "Judo Club 2012"nin üzvü Murad Fətiyev mükafatçılar sırasında yer alıb. -90 kq çəki dərəcəsində tatami üzərinə çıxan idmançımız gümüş medalasahib olub.Mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz ardıcıl olaraq Brazilya, Serbiya və İtalya təmsilçilərinə qalib gələrək finala yüksəlib. Həllediciqarşılaşmada braziliyalı Rafael Maçedoya məğlub olan cüdoçumuz gümüş medala yiyələnib.

Qeyd edək ki, Azərabycan milli komandası Qran-Pri turnirini2 gümüş və 5 bürünc medalla başa vurub.


4802 oxunub

InvestAZ