XƏBƏR LENTİ
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025



Açıq Asiya turniri 10 medalla yadda qaldı
İdman 10:25 / 13.10.2025

Qazaxıstanın Aktau şəhərində keçirilən Açıq Asiya turnirinə yekun vurulub.

10 ölkədən 251 (159 kişi, 92 qadın) cüdoçunun iştirak etdiyi turnirdə Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Turnirə 25 (17 kişi, 8 qadın) cüdoçu ilə yollanan komandamızın heyətində 10 cüdoçumuz mükafatçılar sırasında yer alıb. Komandamızın heyətində Gültac Məmmədəliyeva (-52 kq), Tofiq Məmmədov (-60 kq) və Südabə Ağayeva (-70 kq) qızıl medala layiq görülüb. Ülviyyə Bayramova (-57 kq), Hüseyn Allahyarov (-60 kq), Aytac Qardaşxanlı (-70 kq) və Günel Həsənl (-78 kq) gümüş medala sahib çıxıb. Bürünc medalları isə komandamızın aktivinə Elşən Əsədov (-66 kq), İbrahim Əliyev (-73 kq) və Elmar Qasımov (-100 kq) yazdırıb.

Yekunda 3 qızıl, 4 gümüş və 3 bürünc olmaqla 10 medal qazanan Azərbaycan ümumi komanda hesabında üçüncü yeri tutub.



4669 oxunub

InvestAZ