Oktyabrın 17-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında III Təhlükəsiz İdman Forumu keçiriləcək.
Olimpiyadunyasi.com xəbər verir ki, forumda Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Təhlükəsiz idman bölməsinin direktoru Kirsti Burovs çıxış edəcək.
Ardınca beynəlxalq təhlükəsiz idman üzrə ekspert Lüsi Troşet, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov, BOK-un Təhlükəsiz İdman İşçi Qrupunun ANOK nümayəndəsi Maya Pekoviç, MOK-un idman şöbəsinin baş məsləhətçisi, təhlükəsiz idman üzrə beynəlxalq inspektor Vaqif Əliyev, təhlükəsiz idman üzrə məsləhətçi Ayan Xankişiyeva, Azərbaycan Cüdo Federasiyasının təhsil şöbəsinin müdiri Orxan Oruczadə və Azərbaycan Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Ayxan Xəkilinin proqram çərçivəsində geniş təqdimatları olacaq. Tədbirdə həmçinin, 2023-2025-ci illərdə Təhlükəsiz İdman sahəsində həyata keçirilmiş fəaliyyətlərin video təqdimatı da olacaq.
296 oxunub