XƏBƏR LENTİ
16 Oktyabr 2025
15 Oktyabr 2025
14 Oktyabr 2025
13 Oktyabr 2025
10 Oktyabr 2025



"Əl-Əhli" türkiyəli futbolçu ilə müqaviləni uzadır
İdman 12:26 / 16.10.2025
Səudiyyə Ərəbistanın "Əl-Əhli" klubu türkiyəli futbolçu Merih Demiral ilə müqavilənin uzadılması barədə razılığa gəldiyini açıqlayıb.
"Əl-Əhli" klubu M.Demiralın DÇ-2026-nın seçmə mərhələsində Gürcüstan millisi ilə oyundakı parlaq çıxışından sonra bu addımı atıb.

Türkiyəli futbolçu həmin oyunda iki qolla yadda qalmışdı.

2023-cü ildən "Əl-Əhli" klubunda çıxış edən 27 yaşlı mərkəz müdafiəçi Asiya Çempionlar Liqasında və Səudiyyə Ərəbistanı Superkubokunda çempionluq sevinci yaşayıb. Merih Demiral "Əl-Əhli"nin heyətində 73 oyun keçirib, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

304 oxunub

InvestAZ