XƏBƏR LENTİ
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025



Yeniyetmə cüdoçular Şəkidə bir araya gələcəklər
İdman 11:48 / 16.10.2025

Oktyabrın 23-24-də Şəki Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında Şimal-Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək.

U-14 və U-17 yeniyetmələr arasında keçiriləcək turnirlərdə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan cüdoçuları qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, U-17 üzrə birincilik milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.



3860 oxunub

InvestAZ