Çempionlar Liqası: III turun oyunlarına bu gün start veriləcək
İdman 11:58 / 21.10.2025
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində III turun oyunlarına start veriləcək.
Mərhələnin ilk oyun günündə azarkeşlər 9 qarşılaşma izləyəcəklər. Oyunlardan ikisi - "Barselona" (İspaniya) - "Olimpiakos" (Yunanıstan) və "Kayrat" (Qazaxıstan) - "Pafos" (Kipr) Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. Günün digər oyunları isə Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Arsenal" (İngiltərə) doğma meydanda "Atletiko"bu (İspaniya), "Bayer 04" (Almaniya) isə son çempion PSJ-ni (Fransa) qonaq edəcək. İspaniyanın digər təmsilçisi "Vilyarreal" İngiltərənin "Mançester Siti" klubu, Niderland PSV-si isə İtalya "Napoli"si ilə qarşılaşacaq. Dortmund "Borussiya"sı Danimarkada Kopenhagen"in, ÇL-in son finalçısı "İnter" (İtalya) isə Belçikanın "Yunion" klubunun qonağı olacaq. İngiltərənin "Nyukasl" (İngiltərə) klubu isə doğma meydanda "Benfika"nı (Portuqaliya) qəbul edəcək.
Turun digər oyunları sabah keçiriləcək.
268 oxunub