XƏBƏR LENTİ
20 Oktyabr 2025
19 Oktyabr 2025
18 Oktyabr 2025
17 Oktyabr 2025
16 Oktyabr 2025
15 Oktyabr 2025



Avropa çempionatında daha 5 boksçumuz 1/4 finala vəsiqə qazanıb
İdman 13:50 / 20.10.2025
Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatı davam edir. 32 ölkədən 369 idmançının iştirak etdiyi yarışın ikinci günündə Azərbaycan millisinin daha 5 üzvü 1/4 finala vəsiqə qazanıb.
Babək Abdullayev (40 kq) 1/8 finalda Unai Lopes Kasalı (İspaniya) 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, növbəti qarşılaşmasında Etan Munronu (Şotlandiya) sınağa çəkəcək.
Onur Qurbanov (42 kq) Mikolaj Rondosdan (Polşa) güclü olub – 4:1 (30:27, 30:27, 30:27, 28:29, 30:27). Boksçumuz 1/4 finalda Arkan Zoubi (İsrail) ilə gücünü yoxlayacaq.
Vaqif Məhəmmədli (44 kq) də rinqdən qalib ayrılıb. O, Kristian Varadi (Macarıstan) ilə döyüşü aktivinə yazıb. Təmsilçimiz 1/4 finalda Tomas Katanaçla (İngiltərə) münasibətinə aydınlıq gətirəcək.
Elcan Musazadə (50 kq) Avropa çempionatında ikinci qələbəsini rəsmiləşdirib. Milli üzvü bu dəfə Vladimir Xvistanidən (Gürcüstan) güclü olub – 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27). O, yarımfinala gedən yolda Tobais Viçeniklə (Çexiya) üz-üzə gələcək.
Amid Ələkbərov (60 kq) isə vaxtından əvvəl görüşü xeyrinə bitirib. Boksçumuz Maksim Stetsə (Estoniya) ikinci raundda tam üstünlüklə qalib gəlib. Ələkbərov 1/4 finalda İsmayıl İsmayılovla (Ukrayna) qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.

226 oxunub

InvestAZ