XƏBƏR LENTİ
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026



Avropa çempionatında uğurlu nəticə
İdman 17:23 / 20.10.2025

Oktyabrın 17-18-də Slovakiyanın Samorin şəhərində keçirilən natural bodibildinq və fitnes üzrə Avropa çempionatı keçirilib.

INBA Qlobal Azərbaycan birliyinin mətbuat xidmətindən Olimpiyadunyasi.com-a verilən məlumata görə, yarış Azərbaycan komandası üçün uğurlu olub.

Çempionatda "Physically challenged" kateqoriyada Elsəvər Allahverdiyev bürünc medlala sahib olub.

Milli komandamızın atleti Xudadar Həmidov "Mens Sport Model” kateqoriyada birinci yerə layıq görülüb. Xudadar Həmidov "Mens Athletic, Open” və "Classic physique Novice” kateqoriyalarında da bürünc medala sahib olub. Həmçinin, "Mens athletic” kateqoriyada "Pro Card”a sahib olaraq peşəkar liqaya vəsiqə qazanıb.

"Classic physique Novice” kateqoriyada mübarizə aparan digər atletimiz Qalib Mirzəyev finala yüksələrək dörüncü yerə layiq görülüb. Komandamızın digər üzvləri Nihad Qaracayev və Ağasəf Məmmədov "Mens physique” kateqoriyada yarımfinalda mübarizəni dayandırıblar.

Ümumilikdə komandamız aktivinə 1 qızıl, 3 bürünc və 4 həvəsləndirici medal yazdırıb.

Qeyd edək ki, INBA Qlobal Azərbaycan və lNBA Qlobal Avrasiya birliyinin prezidenti, beynəlxalq dərəcəli idman ustası və hakim Elnur Şıxəliyev Avropa çemoionatında ölkəmizi hakim kimi təmsil edib.


8890 oxunub

InvestAZ