XƏBƏR LENTİ
22 Oktyabr 2025
21 Oktyabr 2025
20 Oktyabr 2025
19 Oktyabr 2025
18 Oktyabr 2025
17 Oktyabr 2025
16 Oktyabr 2025



Dağ velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub
İdman 13:28 / 22.10.2025

Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə keçirilən dağ velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub.

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) mətbuat xidmətindən verilən məlumata görə,yarışın ikinci günündə iştirakçılar Teleqüllə yaxınlığındakı parkda "Enduro” növündə qüvvələrini sınayıblar.

U-15 yaş kateqoriyasında Respublika Olimpiya Velosiped Məktəbinin (ROEQİUGVM) təmsilçiləri Ayaz İsgəndərli və Toğrul Məmmədli, müvafiq olaraq, 1-ci və 2-ci yerləri tutublar. Kənan Eyvazov (həvəskar) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Gənclər, U-23, Elit yaş kateqoriyasında Emin Süleymanov (həvəskar) ölkə çempionu olub. Mirmövsüm Cəbrayılov (həvəskar) gümüş, Nihad İmanzadə (ROEQİUGVM) isə bürünc medal qazanıb.

Mükafatçılar medal, diplom və pul mükafatı ilə təltif ediliblər.


208 oxunub

InvestAZ