XƏBƏR LENTİ
23 Oktyabr 2025
22 Oktyabr 2025
21 Oktyabr 2025
20 Oktyabr 2025
19 Oktyabr 2025



Azərbaycan cüdoçuları VI İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək
İdman 14:22 / 23.10.2025

Noyabrın 8-10-daSəudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Olimpiyadunyasi.com-a verilən məlumata görə, İslamiadanın yerli təşkilat komitəsi tərəfindən iştirakçı ölkələrə 5 kişi və 7 qadın cüdoçu üçün kvota ayrılıb. Turnirdə Azərbaycanı performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, eləcə də qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdellatifin rəhbərliyi altında 12 idmançı təmsil edəcək.

Heyət seçimində qarışıq komanda yarışında zədə və digər hallar səbəbilə ehtiyat idmançıların olması xüsusi diqqətdə saxlanılıb. Təəssüf ki, təşkilatçılar tərəfindən tətbiq edilən kvota məhdudiyyətinə görə millimiz Oyunlarda tam heyətlə çıxış edə bilməyəcək.

Milli komandanın heyətində kişilər arasındaRuslan Paşayev (-66 kq),Hidayət Heydərov (-73 kq),Elcan Hacıyev (-90 kq),Zelim Kotsoyev (-100 kq) vəUşanqi Kokauri (+100 kq) yer alıb.

Qadınların mübarizəsində isə Könül Əliyeva (-48 kq),Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi-52 kq),Fidan Əlizadə (-57 kq),Südabə Ağayeva, Aytac Qardaşxanlı (hər ikisi -70 kq) vəGünel Həsənli (-78 kq) iştirak edəcək.

Qeyd edək ki, cüdo yarışlarında 30-dan çox ölkənin idmançıları mübarizə aparacaqlar.



310 oxunub

InvestAZ