XƏBƏR LENTİ
17 Sentyabr 2025
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025



Çempionlar Liqası: Bu gün Liqa mərhələsində daha 6 oyun keçiriləcək
İdman 12:58 / 17.09.2025

Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində I turun oyunları davam edir.

Mərhələnin ikinci oyun günündə azarkeşlər daha 6 qarşılaşma izləyəcəklər. Günün ilk iki oyunu Bakı vaxtı ilə saat 20:45-də təşkil olunacaq. Yunanıstanın "Olimpiakos" klubu doğma meydanda Kiprin "Pafos" klubu ilə qarşılaşacaq. Eyni saatda "Slaviya" (Çexiya) və "Budyo Qlimt" (Norveç) oyunu da start götürəcək. Gecənin digər dörd qarşılaşması isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Həmin oyunlarda"Qarabağ"ın digər rəqibi "Ayaks" doğma meydanda İtaliyanın"İnter" klubunu qəbul edəcək. Ağdam təmsilçisinin digər rəqibi, turnirin əsas favoritlərindən olan "Liverpul" isə "Enfild"dəMadrid "Atletiko"sunu qonaq edəcək. Qurban Qurbanovun komandasının digər rəqibi "Çelsi" isə Almaniyada"Bayern Münhen"lə üz-üzə gələcək. Günün figər oyununda isə UEFA Çempionlar Liqasının son qalibi PSJ Parisdə İtaliyanın"Atalanta" klubunu sınağa çəkəcək.

Xatırladaq ki, mərhələnin ilk oyun günündə də 6 qarşılaşma təşkil olunmuşdu.


67 oxunub

InvestAZ