XƏBƏR LENTİ
17 Sentyabr 2025
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025



Prezident İlham Əliyev “Qarabağ” klubunu Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib
İdman 11:55 / 17.09.2025

Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.

Olimpiyadunyasi.com paylaşımı təqdim edir:

"Qitənin ən nüfuzlu klub turnirində - Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın "Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir.

"Qarabağ”ın Avropanın köklü klublarından biri olan "Benfika” ilə səfər matçında oyunun gedişində möhtəşəm geridönüş edərək parlaq qələbə çalması onun məğlubedilməz ruhunu, mübarizə əzmini göstərir.

Bu qələbə ilə doğma komandamız Azərbaycan xalqına böyük sevinc bəxş etmişdir. Hər bir azərbaycanlı Avropada xariqələr yaradan "Qarabağ”la qürur duyur.

Komandamıza Çempionlar Liqasının növbəti oyunlarında uğurlar və yeni-yeni zəfərlər arzu edirəm”.


272 oxunub

InvestAZ