Masallı şəhər Nizami Gəncəvi adına xatirə parkında "İdman hamı üçün" layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə cüdo, boks, taekvondo, voleybol, sərbəst və yunan-Roma güləşi, yerindən uzununa tullanma, kəndirlə mübarizə, badminton, nərd, dama, şahmat idman növləri üzrə iştirakçılar tərəfindənnümunəvi çıxışlarolub.
Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektorunun, idarənin nəzdində Masallı rayon UGİM-in və Masallı rayon UGİŞM-in kollektivi və rayon sakinləri iştirak ediblər. 95 nəfər idmançı və 100nəfərə yaxın rayon sakinin qatıldığı kütləvi idman tədbiriqonaqların böyük marağına səbəb olub.Tədbirin təşkilində əsas məqsəd əhali arasında idmanın təbliği, idmana marağın artırılması, fiziki inkişafa, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.