XƏBƏR LENTİ
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025
10 Sentyabr 2025
09 Sentyabr 2025



III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin sayı açıqlanıb
İdman 11:40 / 16.09.2025
Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin sayı açıqlanıb.
Bakı Şəhər Halqasından verilən məlumata görə, yarışlarda 12 ölkədən ümumilikdə 2313 nümayəndə heyəti iştirak edəcək.
Azərbaycanı 349, Rusiyanı 262, Qazaxıstanı 259, Özbəkistanı 254, Belarusu 240, Tacikistanı 144, Türkmənistanı 48, Qırğızıstanı 126, Küveyti 6, Türkiyəni 38, iştirakını yeni təsdiqləyən Pakistan və Omanı isə 4 idmançının təmsil edəcəyi dəqiqləşib.
Qeyd edək ki, III MDB Oyunları bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışlar 12 idman məkanında keçiriləcək.
Oyunlarda MDB-yə üzv və dəvət olunmuş ölkələrin idmançı və rəsmi nümayəndələrinin iştirakı gözlənilir.

116 oxunub

InvestAZ