XƏBƏR LENTİ
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025



Fransalı qapıçı karyerasını başa vurdu
İdman 12:05 / 11.09.2025
"Renn” klubu ilə müqaviləsi başa çatan fransalı əfsanəvi qapıçı Stiv Mandanda futbol karyerasını başa vurduğunu açıqlayıb.
Olimpiyadunyasi.com Frans Press-ə istinadən xəbər verir ki, peşəkar karyerasına 2004-cü ildə "Le Havr" komandasında başlayan Mandanda müxtəlif illərdə "Marsel", "Kristal Pelas" və son olaraq "Renn" komandalarında forma geyinib. Klub və yığma səviyyəsində ümumilikdə 832 oyunda meydana çıxan 40 yaşlı qapıçı karyerası ərzində 2018 Dünya Kuboku da daxil olmaqla ümumilikdə 7 titul qazanıb.

Fransalı futbolçu karyerasını başa vurması ilə bağlı açıqlamasında qeyd edib ki, ayrılmaq fikri ilə barışmaq üçün çox vaxt lazım olub. "Bir çox komandalardan təkliflər aldım. Ancaq hamısına "yox"dedim. Bu asan deyildi, amma bəli, futboldan imtina etmək qərarına gəldim. Bundan daha yaxşı sonu ola bilməzdi", - deyə Mandanada bildirib.


7422 oxunub

InvestAZ