XƏBƏR LENTİ
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025
10 Sentyabr 2025
09 Sentyabr 2025



Misli Premyer Liqasında dördüncü tura start verilir
İdman 10:48 / 12.09.2025

Bu gün futbol üzrə Misli Premyer Liqasında IV turunoyunlarına start veriləcək.

Turun açılış oyunu Qəbələdə baş tutacaq. Turinir cədvəlinin debütantı "Kəpəz" Qəbələ şəhər stadionunda"Araz-Naxçıvan"ı qəbul edəcək. Saat 17:45-də start götürəcək oyunu Rauf Cabbarov idarə edəcək. üç tirdan sonra aktivində 7 xalı olan Naxçıvan təmsilçisi üçüncü, keçirdiyi bütün oyunlarda məğlub olan "Kəpəz" isə sonuncu - 12-cidir.

Günün ikinci qarşılaşmasında isə son çempion "Qarabağ" "Azərsun Arena"da "Zirə"ni qəbul edəcək.Saat 20:00-da başlayacaq oyunun baş hakimi Rəşad Əmədov olacaq. Bir oyun az keçirən Ağdam təmsilçisi 3 xalla yeddinci pillədə qərarlaşıb. Qəsəbə təmsilçisi isə 7 xalla "Sumqayıt" və "Araz Naxçıvan"la birgə turnir cədvəlinə şərili liderlik edir.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 13-14-də təşkil olunacaq.


543 oxunub

InvestAZ