XƏBƏR LENTİ
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025



“Ferrari”nin sədri barədə məhkəmə qəra verib
İdman 15:47 / 11.09.2025
"Ferrari” və "Stellantis”in sədri Con Elkann vergi fırıldaqçılığına görə iddiham olunaraq, ictimai işlərə və böyük cəriməyə razılaşıb.

Məhkəmənin qərarına əsasən Con Elkann, onun qardaşı Lapo Elkann və bacısı Ginerva Elkann 183 milyon avro ödəməlidirlər. Hazırda sövdələşmənin bir hissəsi olaraq Con Elkann bir il ictimai iş görəcəyini vəd edib və çalışacağı qurumu məhkəməyə təklif etməlidir. "Reuters" verdiyi məlumata görə, bu qocalar evi, narkomanlığı olan insanlar üçün reabilitasiya müəssisəsi və ya sosial dəstək üzrə ixtisaslaşmış başqa bir təşkilat ola bilər.

Xatırladaq ki, 2024-cü ildə Elkann ailəsinə qarşı İtaliya vergi polisi tərəfindən cinayət istintaqı başladılıb. İttihamın səbəbi Elkann ailəsinin nənələri Marella Karaççiolonun vəfatından sonra miras qalan məbləğdən vergi ödəməməsi olub. İtaliya hakimiyyəti mirasın ölçüsünü 800 milyon avro olaraq qiymətləndirir.

7867 oxunub

InvestAZ