Bu gün futbol üzrə Misli Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək.
Günün açılış oyunu Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək. "İmişli" komandası "Sumqayıt"ı qəbul edəcək. Saat 16:30-da başlayacaq oyunu Tural Qurbanov idarə edəcək. Üç oyundan sonra aktivində 7 xalı olan "Gənclik şəhəri" təmsilçisi üçüncüdür. 4 xala malik "İmişli" isə altıncıdır.
Günün digər oyununda isə "Turan Tovuz" klubu "Qəbələ"ni sınağa çəkəcək. Saat 19:00-da start götürəcək oyun "Azərsun Arena"da baş tutacaq. Oyunun baş hakimi Cavid Cəlilov olacaq. Akticində 3 oyundan sonra 6 xalı olan Tovuz təmsilçisi dördüncü, 1 xala malik "Qəbələ" isə 11-cidir.
Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
250 oxunub