Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start veriləcək.
Azərbaycanın qitəninən nüfuzlu klub turnirindəki yeganə təmsilçisi olan "Qarabağ" klubu da bu gecə ilk oyununa çıxacaq.
Komandamız Portuqaliya səfərində "Benfika" ilə qarşılaşacaq."Eştadiu da Luş" stadionunda keçiriləcək oyununstart fitiBakı vaxtı ilə saat 23:00-da səslənəcək. Oyunun baş hakimiFIFA referisi Erik Lambrexts olacaq.
Qeyd edək ki, komandamıznövbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" klubuna qarşı keçirəcək.